Misir hökuməti terrorizmə qarşı mübarizə haqqında qanuna antiterror qanunvericiliyini sərtləşdirən düzəlişləri bəyənib.
Misir Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, bəyənilən qanunvericilik aktı baxılması və imzalanması üçün Misirin müvəqqəti prezidenti Ədli Mənsura verilib.
Yeni qanun layihəsi terrorizm anlayışını genişləndirməyi, habelə terror fəaliyyətinə aidiyyəti olmağa görə cəzanı sərtləşdirir. Sənəd imzalandıqdan sonra təkcə terror aktlarının icraçıları deyil, onların əlaltıları, ekstremistlərə mənəvi, maliyyə və logistik dəstək göstərən, müasir kommunikasiya vasitələri, internet vasitəsilə zorakılığı təbliğ edən şəxslər də ciddi məsuliyyət daşıyacaqlar.
Qeyd edək ki, nazirlər antiterror qanun layihəsini Qahirə Universiteti yaxınlığında törədilmiş silsilə terror aktlarının ertəsi günü qəbul ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB