“Batkivşina”: “Öncəki hökumətin korrupsiya sxemi indi də işləməkdə davam edir”

“Batkivşina”: “Öncəki hökumətin korrupsiya sxemi indi də işləməkdə davam edir”

Ukraynanın xalq deputatı, "Batkivşina" fraksiyasının təmsilçisi Aleksandrа Kujel parlamentin məsləhətləşmələr şurasının fraksiya komitələrinin iclasında bəyan edib ki, Yanukoviç hökumətinin zamanında mövcud olan korrupsiya sxemi indi də işləməkdə davam edir. SİA İnterfax-Ukraina saytına istinadən xəbər verir ki, deputat ittihamlar çərçivəsində kənd təsərrüfatı nazirliyini, ekologiya nazirliyini, vergi sestemini və gömrüyü əsas götürüb.

Aleksandrа Kujelin sözlərinə görə, insanlar hələ də başa düşmürlər ki, nəyə görə hakimiyyət dəyişilir və yeniləri rüşvət almağa başlayır. Deputat baş nazirin birinci müavini Vitali Yaremannan bu məsələni şəxsi nəzarəti altına almağı tələb edib.

Xatırladaq ki, Ukrayna Radasında bundan öncə digər fraksiyalardan olan deputatlar da korrupsiya hallarının baş verdiyini iddia ediblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə