Ankara Moskvanın cavabını verdi

Ankara Moskvanın cavabını verdi

ABŞ-ın Qara dənizə yeni bir döyüş gəmisi göndərəcəyi ilə bağlı açıqlamasından sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəni 1936-cı ildə imzalanan Montrö sazişinin maddələrinə əməl etməyə çağırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Lavrov bəyan edib ki, son dövrdə Türkiyə boğazları üzərindən Qara dənizə daxil olan ABŞ hərbi gəmilərinin burada qalma müddətlərini razılaşmalara zidd şəkildə bir neçə dəfə uzatdıqlarına şahid olduq: "Türkiyəyə Montrö müqaviləsinin şərtlərinə sadiq qalmasını tövsiyə edirik. Qara dənizdə sahili olmayan ölkələrin burada qalma müddətləri və tonajları razılaşma ilə təyin olunmalıdır".

Rusiyanın notasına nota ilə cavab verən rəsmi Ankara isə müqavilənin həssaslıqla tətbiq olunduğunu ifadə edib:"Türkiyə Montrö Sazişini 78 ildir həssaslıqla tətbiq etməkdədir. İddialar heç bir şəkildə gerçəyi əks etdirmir".

Qeyd edək ki, Montrö Boğazları Sazişi Türkiyə, SSRİ, İngiltərə, Fransa, Bolqarıstan, Rumıniya, Yunanıstan, Yuqoslaviya və Yaponiya tərəfindən 1936-cı ildə İsveçrədə imzalanıb.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə