Cənubi Sudan əhalisinin 7 milyonu aclıq təhlükəsi ilə üzləşib

Cənubi Sudan əhalisinin 7 milyonu aclıq təhlükəsi ilə üzləşib

Cənubi Sudanda davam edən vətəndaş müharibəsi nəticəsində ölkə əhalisinin 7 milyonunu aclıq təhlükəsi ilə üzləşdirib. Tezliklə əhaliyə humanitar yardım göstərilməsə, ölkədə vəziyyət daha da kəskinləşəcək və bu, çoxlu sayda insan tələfatına səbəb olacaq.
Bu barədə BMT-nin Sudandakı humanitar yardım missiyasının rəhbəri Tobi Lanzer məlumat yayıb.
Məlumatda bildirilir ki, ölkədə əkin sahələri adətən aprel-may aylarında becərilir, yeni məhsulun təməli qoyulur. Amma ara verməyən döyüşlər əhalini əkin işləri ilə məşğul olmasına imkan vermir. Vəziyyət belə davam edərsə, onsuz da çox ağır şəraitdə yaşayan əhalinin 7 milyonu aclıqdan əziyyət çəkəcək.
BMT rəsmisi 2013-cü il dekabrın 15-dən hakimiyyət uğrunda mübarizə aparan prezident Kalva Kir və keçmiş vits-prezident Riel Marşanın əhatəsindən olan qüvvələr arasında hərbi əməliyyatların aparıldığını, hər iki tərəfin cari ilin yanvarında atəşkəs barədə razılığa gəlmələrinə baxmayaraq döyüşlərin davam etdiyini, doğma ocaqlarından didərgin düşmüş 700 mindən artıq sudanlının da aclıq təhlükəsi ilə qarşılaşdığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə