Qırğızıstan və ABŞ arasında qarşılıqlı maraq doğuran aktual məsələlər müzakirə edilib

Qırğızıstan və ABŞ arasında qarşılıqlı maraq doğuran aktual məsələlər müzakirə edilib

Qırğızıstan Prezidenti mətbuat xidmətinin verdiyi məlumata görə, dövlət başçısı Almazbek Atambayev bu ölkədə səfərdə olan Amerika Birləşmiş Ştatları dövlət katibinin Mərkəzi və Cənubi Asiya dövlətləri üzrə köməkçisi Nişu Desai Bisvalı qəbul edib.

Görüşdə Qırğızıstan ilə Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı maraq doğuran əməkdaşlığın aktual məsələləri ətraflı müzakirə olunub.

Nişu Desai Bisval Əfqanıstanda vəziyyətin sabitləşməsi istiqamətindəki dəstəyə görə Qırğızıstan Prezidentinə minnətdarlığını bildirib. Amerikalı diplomat Əfqanıstanda, bütövlükdə Mərkəzi Asiyada təhlükəsizliyin təmin edilməsi istiqamətində "Manas" Beynəlxalq aeroportunda olan Tranzit Daşımaları Mərkəzinin xidmətini yüksək qiymətləndirib.

Almazbek Atambayev regional təhlükəsizlik məsələlərinin Qırğızıstan üçün çox əhəmiyyətli olduğunu vurğulayıb. O deyib ki, Qırğızıstan və ABŞ arasında əməkdaşlıq ölkələrimizin milli maraqlarına uyğun olaraq bundan sonra da inkişaf edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə