Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) ölkə prezidentliyinə namizədlərin qeydiyyatını başa çatdırıb.
Ukrayna prezidentliyinə namizəd kimi qeydiyyata alınmaq üçün MSK-ya 46 ərizə daxil olmuşdu. Onlardan 23-ü təmin edilmiş və eyni sayda – 23 ərizə rədd edilib.
Qeydiyyatdan imtina edilməsinin əsas səbəbləri kimi təqdim edilmiş sənədlərin müəyyən olunmuş tələblərə uyğun olmaması, habelə 2,5 milyon qrivna məbləğində girovun ödənilməməsi göstərilir.
Beləliklə, Ukrayna MSK adları aşağıda göstərilən şəxsləri ölkə prezidentliyinə namizədlər kimi qeydiyyata alıb: xalq deputatı Sergey Tiqipko, Xarkov Dövlət Administrasiyasının sabit rəhbəri Mixail Dobkin (Regionlar Partiyası), Ümumukrayna Yəhudi Konqresinin prezidenti, biznesmen Vadim Rabinoviç, baş prokurorun sabiq birinci müavini Renat Kuzmin, baş nazirin sabiq müavini Yuri Boyko, "Antiböhran Proqramlar Mərkəzi" MMC-nin baş direktoru Valeri Konovalyuk, "İnteraqroeksport" MMC-nin baş direktoru Vladimir Saranov, heç bir fraksiyaya daxil olmayan xalq deputatı Pyotr Poroşenko (namizədliyini özü irəli sürüb), "Batkivşina" Ümumukrayna Birliyinin lideri Yuliya Timoşenko, Radikal Partiyanın lideri, heç bir fraksiyanın üzvü olmayan xalq deputatı Oley Lyaşko, Regionlar Partiyası fraksiyasından xalq deputatı Oleq Tsaryov (namizədliyini özü irəli sürüb), Ukrayna Xarici Kəşfiyyat Xidmətinin sabiq rəhbəri Nikolay Malomuj (namizədliyini özü irəli sürüb), Ukrayna Kommunist Partiyasının lideri Pyotr Simonenko, sahibkar Andrey Qrinenko (namizədliyini özü irəli sürüb), "Azadlıq" Ümumukrayna Birliyinin lideri Oleq Tyaqnibok, "Vətəndaş mövqeyi" partiyasının rəhbəri Anatoli Qritsenko, Ukraynanın sabiq sosial-siyasət naziri Natalya Korolevskaya (namizədliyini özü irəli sürüb), "Ukrayna Xalq Partiyasının" lideri Aleksanr Klimenko, Ukrayna Antiinhisar Komitəsinin sabiq rəhbəri Vasili Tsuşko (namizədliyini özü irəli sürüb), "Sağçı sektor"un lideri Dmitri Yaroş, ukraynalı həkim və Maydan fəallarından olan Olqa Boqomolets, Ukrayna Xalq Ruxunun lideri Vasili Kuybida və Kiyev sovetinin sabiq deputatı Zoryan Şkiryak (namizədliyini özü irəli sürüb).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB