Kanadadan qondarma "erməni soyqırımı" abidəsinin tikilməsinə RƏDD

Kanadadan qondarma "erməni soyqırımı" abidəsinin tikilməsinə RƏDD

Toronto Bələdiyyə Məclisinin üzvü Shelley Cattoll qondarma "erməni soyqırımı" abidəsinin tikilməsi üçün layihə irəli sürüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Məclis üzvlərindən olan Giorgio Mammolitinin səyi nəticəsində layihənin təsdiqlənməsini təxirə salınıb və komissiyaya həvalə edilib.

Daha sonra türk cəmiyyəti üzvləri ilə görüşən Mammoliti qeyd edib ki, layihənin ləğv edilməsi üçün vaxt var: "Yaxşı hazırlıq görsəniz, komitə üzvlərini razı edə bilərsiniz".

Kanadada Türk Birliyi Dərnəyi Başçısı Nalan Gökgöz qeyd edib ki, məsələ ilə bağlı aidiyyatı qurumlarla əlaqə saxlanıb: "Bu gün də cavabdeh şəxslərlə tək - tək görüşlər keçiririk. Layihənin komitəyə həvalə edilməsi bizə zaman qazandırdı. Əks halda, layihə bir anda qəbul edilə bilərdi".

Bütün xəbərlər Facebook səhifəmizdə