Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-ın New-York şəhərində keçirilən BMT-dəki Mədəniyyətlər İttifaqı Dostlar qrupu konfransına qatılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nazir konfrans zamanı davamlı sülhün qarşılıqlı hörmətdən qaynaqlandığını bildirib: " Sülh cəmiyyətdə dincliyi və sabitliyi təmin edir. İqtisadi yüksəliş və davamlı inkişaf yalnız sülhün mövcud olduğu yerdə həyata keçə bilər."
Qeyd edək ki, xarici işlər naziri Davudoğlu cümə gününə qədər Nyu-Yorkda səfərdə olacaq. O, səfər zamanı Türkiyənin BMT Təhlükəsizlik Şurasında üzvlüyü üçün dünya dövlətlərindən dəstək almaq məqsədi ilə keçirilən görüşlərini davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB