Paris Şəhər Prokurorluğu aprelin 2-də Fransanın frankofon üzrə keçmiş naziri Yamina Benququya qarşı cinayət işi qaldırıb. Nazir gəlirini vergidən gizlətməkdə ittiham olunur.
İstintaqın aparılması vergi və maliyyə fırıldağı üzrə mübarizə idarəsinə həvalə edilib.
Gəlirini gizlətmək məqsədilə vergi idarəsini aldatmaqda təqsirləndirilən sabiq naziri 3 illik həbs və 45 min avro cərimə cəzası gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB