Səudiyyə Ərəbistanında qəbul edilən yeni qanuna görə, ateistlər artıq terrorist kimi qeydə alınacaq və onları 20 ilə qədər həbs cəzası gözləyir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləziz Al Səud tərəfindən qəbul edilən yeni qanuna əsasən, ateistlər Əl-Qaidə və Səudiyyə Hizbullahı kimi terrorist qrup üzvləri ilə eyni kateqoriyaya aiddirlər.
Məlumata əsasən, ateist fikirləri müdafiə edənlər və İslam dininin tarixinə şübhə ilə yanaşanlar terrorla mübarizə qanununa uyğun olaraq, mühakimə olunacaq və 20 il azadlıqdan məhrum ediləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB