3 min 400 uçuş ləğv edilib

Almaniyanın ən böyük hava yolu şirkəti olan Lufthansa 5 min 400 pilotun tətil etməsi səbəbi ilə 3 min 800 uçuşu ləğv edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, pilotların tətil etməsi şirkətə 50 milyon euro maddi zərər verib. Belə ki, şirkət 3 min 800 uçuşu ləğv etməklə 400 mindən çox sərnişinindən məhrum olub.

Qeyd edək ki, baş verən hadisə ilə əlaqədar olaraq Almaniyanın nəqliyyat naziri Aleksandr Dombrindt açıqlama verib. O, açıqlamasında sözügedən şirkətdən işçiləri ilə tezliklə razılıq əldə etməyi və sərnişinlərin narahatlığına son qoymağı tələb edib. Nazir son vaxtlarda tətillər nəticəsində minlərlə sərnişinin narahat olduğunu, nəqliyyatdan istifadə haqlarının tapdandığının ürəkaçan olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə