Çilidə zəlzələ 300 məhbusu azad etdi

Çilidə zəlzələ 300 məhbusu azad etdi

Çilinin İkike şəhərində baş verən zəlzələ nəticəsində 300 qadın məhbus xəstəxanadan qaçıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində binaların dağılması məhbusların həbsxanadan qaçmasına şərait yaradıb. Rəsmilərin verdiyi məlumata görə, qaçanlardan yalnız 16 nəfəri saxlamaq mümkün olub.

Qeyd edək ki, Çilidə zəlzələ ötən gün 8.2 bal gücündə baş verib. Zəlzələ nəticəsində 5 nəfər- 1qadın, 4 nəfər kişi olmaqla həlak olub. Onlarla insan yaralanıb.

Hökumət rəsmiləri insanların həmin ərazidən köçürülməsi ilə bağlı qərar qəbul ediblər. Həmin ərazidə fəaliyyət göstərən məktəb və iş yerlərinin də fəaliyyəti dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə