ABŞ-ın Nümayəndələr Palatası ötən gün Rusiyanın Krımı əldə etməsinə cavab olaraq Ukraynaya yardım paketi qəbul edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, amerikalı qanunvericilər qəbul etdikləri sənədi prezident Barak Obama tərəfindən imzalanması üçün Ağ Evə təqdim ediblər. Sənəddə Ukraynaya 1 milyard dollar kreditin ayrılması ilə yanaşı, Ukrayna əhalisinə və qonşu ölkələrə 150 milyon dollar həcmində yardımın ayrılması da nəzərdə tutulub.
Bundan əlavə, konqres Ukrayna hökumətinə yardım etməyi öz üzərinə götürüb.
Amerikalı qanunvericilər həmçinin Rusiyanın Ukrayna qarşı tətbiq etdiyi sanksiyalara, insanların hüquqlarının pozulması və digər məsələlərlə bağlı da qərar ediblər.
"Bu qərar Rusiyanın aqressiyası qarşısında gücümüzün mərkəzi elementi olmaqla yanaşı, Ukraynanın demokratik inkişafını təmin edir", - deyə ABŞ-ın Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Ed Roys bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB