"Bu gündən etibarən Rusiya Ukraynaya satdığı mavi qazın qiymətini 30% qaldırıb". SİA xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın "Qazprom" şirkətinin baş direktoru Aleksei Miller deyib.
Onun sözlərinə görə, şirkət öncə min kubmetr təbii qazı Ukraynaya 268,5 dollara satırdısa, indi bu rəqəm 385,5 dollar olub: "Bundan başqa Ukrayna vasitəsilə ixrac etdiyimiz təbii qazın tranzit haqqı da 10% artırılıb. Hazırda Kiyevin "Qazprom"a 1 milyard 711 milyon dollar borcu var".
Rusiya politoloqlarının fikrincə, Moskva bununla Kiyevi iqtisadi böhrana salmaq istəyir.
Qeyd edək ki, bir müddət öncə Rusiya Qara dəniz donanmasının 25 il müddətində Ukraynanın Sevastopol limanında qalması şərtilə, Kiyevə satdığı təbii qazın qiymətində endirim etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB