Bu gün Avropa İttifaqı (Aİ) Ukraynaya yeni qonşuluq siyasəti istiqamətində təkliflərini irəli sürəcək. SİA ölkənin lb.ua saytına istinadən xəbər verir ki, bu gün Almaniya, Fransa və Polşa xarici işlər nazirləri Vaymar şəhərində görüşəcəklər. Görüşdən öncə mətbuata bildirilib ki, Aİ öz Şərq qonşularını "ya Avropa, ya da Rusiya" seçimi qarşısında qoymaq fikrində deyil. Belə ki, Ukrayna ötən ilki Vilnüs sammitində Aİ ilə assosiativ üzvlük sazişi imzalamamışdan öncə məhz bu seçim qarşısında qalmışdı.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB