Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasında təlimlər keçirilir

Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasında təlimlər keçirilir

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, Tbilisi şəhəri yaxınlığındakı Vaziani hərbi bazasında "Vikinq 2014" komanda-qərargah təlimlərinə başlanıb. Təlimlərdə Gürcüstan, İrlandiya, İsveçrə, Bolqarıstan və Serbiyadan hərbçilər iştirak edirlər.

Aprelin 10-dək davam edəcək təlimlərin keçirilməsində məqsəd böhranın həlli proseslərində hərbçilərin və polis əməkdaşlarının mülki bölmənin nümayəndələri ilə fəaliyyətinin əlaqələndirilməsi yollarının müəyyənləşdirilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə