Ukrayna XİN Rusiya tərəfə nota verib. SİA news.liga.net-ə istinadən xəbər verir ki, buna səbəb baş nazir Dmitri Medvedevin xarici ölkənin rəsmi şəxsi qismində Ukraynanın razılığı olmadan Krıma səfər etməsidir. Qeyd olunub ki, bu, dövlətlərarası münasibətdə kobud pozuntu halıdır.
Bu barədə Ukrayna XİN informasiya siyasəti departamentinin direktoru Yevgeni Perebiynis bəyan edib. Notada qeyd olunub ki, Ukrayna XİN Rusiya Federasiyasının aşkar təxribatçılıq meylərinə biganə qalmayacaq və antiukrayna addımlarına görə beynəlxalq çərçivədə tələb qaldıracaq.
Xatırladaq ki, Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev bildirib ki, bu gün Simferopola səfər edib. Səfərdə məqsəd Krımın sosial-iqtisadi məsələlərinin müzakirəsi və gələcək inkişafı ilə bağlı olub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB