Şimali Koreyada bir qrup populyar artist və mədəniyyət içisi həbs olunaraq, pulemyot vasitəsilə güllələnib. SİA-nın məlumatına görə, bu haqda Cənubi Koreyanın "Çoson İlbo" qəzeti xəbər yayıb. Belə ki, güllələnən artistlərin gizli şəkildə həvəskar pornoqrafik çəkilişlər apardıqları və həmin kadrları Çinin qara bazarına sataraq ondan mənfəət əldə etdikləri bildirilir.
Lakin maraqlı məqamlardan biri də güllələnən şəxslər arasında Şimali Koreya lideri Kim Çen Inın Xen Son Vol adlı keçmiş sevgilisinin olmasıdır. Hansı ki, Koreya lideri onunla münasibətlərini hələ 10 il öncə, atası Kim Çen İrin tələbi ilə pozmuşdu. Eyni zamanda xəbərdə qeyd olunur ki, pulyemyotla güllələnənlərin edamı onların həmkarları və yaxın qohumlarının gözləri qarşısında baş tutub. Edam reallaşdırıldıqdan sonra güllələnən artistlərin qohumları əmək düşərgələrinə aparılıblar. Həmçinin onların fəaliyyət göstərdikləri ansambllar buraxılıb.
Xatırladaq ki, bir müddət öncə Şimali Koreyanın əvvəlki lideri Kim Çen İrin arvadı, Kim Çen Inın isə analığı, Koreya Əmək Partiyasının mədəniyyət komitəsinin sədri, 49 yaşlı Kim Okun da siyasi "təmizləmə" qurbanı olduğu bildirilirdi.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB