İki ispaniyalı jurnalist azad ediliblər

İki ispaniyalı jurnalist azad ediliblər

Suriyada girov götürülmüş iki ispaniyalı jurnalist altı aydan sonra azad ediliblər.

İspaniyanın "El Mundo" qəzetinin əməkdaşı və müstəqil fotoqraf ötən ilin sentyabrında Türkiyə ilə sərhəddə radikal islamçı "İraqda və Gündoğan ölkələrdə islam dövləti" təşkilatının döyüşçüləri tərəfindən girov götürülüblər.

Azad edilən jurnalistlər türk hərbçilərinə təhvil verilib. Onlar da öz növbəsində hər iki jurnalisti vətənlərinə yola salıblar.

Radikal islamçı təşkilatın döyüşçüləri tərəfindən 15 xarici və 20 suriyalı jurnalist hələ də girovluqda saxlanılmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə