Çin prezidenti Belçikada dövlət səfərindədir

Çin prezidenti Belçikada dövlət səfərindədir

Çin prezidenti Xi Jinpinq Fransadan sonra martın 30-da Belçikaya və Avropa İttifaqına üçgünlük dövlət səfərə gəlib.
Siyasi icmalçılar bu səfərin iqtisadi və siyasi xarakter daşıdığını bildiriblər.
Avropa Birliyinin ticarət sahəsində əsas tərəfdaşı olan Çin dövlətinin başçısı ilə qurum rəsmlərinin martın 31-də keçiriləcək görüşündə əsasən iqtisadi sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişafı, ticarət dövriyyəsinin artırılması və digər məsələlərlə yanaşı, Ukrayna ətrafında yaranmış böhranlı vəziyyətlə bağlı fikir mübadiləsinin də aparılacağı və əməkdaşlığa dair mühüm sənədlərin imzalanacağı da nəzərdə tutulub.
Xatırladaq ki, Xi Jinpinq Avropa İttifaqına rəsmi səfər edən ilk Çin prezidentidir.

Bütün xəbərlər Facebook səhifəmizdə