İranda zəlzələ olub

İranın Şərqi Azərbaycan vilayətində zəlzələ baş verib. SİA-nın məlumatına görə bu barədə Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata əsasən zəlzələ İranın Şərqi Azərbaycan vilayətinin Vərzəqan şəhərində 4.1 bal gücündə, yerin 6 km dərinliyində olub.

Məlumatda həmçinin dağıntı və tələfatın olmadığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə