Macarıstan XİN Ukrayna ərazisinə olan tələblərə qarşı rəsmi bəyanat yaydı

Macarıstan XİN Ukrayna ərazisinə olan tələblərə qarşı rəsmi bəyanat yaydı

Macarıstanın Xarici İşlər Nazirliyi bir sıra partiya və hərəkatların bu ölkənin Ukraynaya qarşı olan ərazi iddiaları barədə irəli sürülən tələblərinə rəsmi etiraz edib. SİA zn.ua agentliyinə istinadən xəbər verir ki, bu haqda bəyanat "Azadlıq Radiosu"nun Avropa bürosunda səsləndirilib. Belə ki, nazirlik bu bəyanatı ölkədəki partiya və hərəkatların Ukraynanın Zakarpatye vilayətinə muxtariyyətin verilməsi, sonradan isə vilayətin Ukraynadan ayrılaraq Macarıstana birləşdirilməsi tələbini irəli sürdüklərindən sonra verib.

Qeyd edək ki, martın 27-də 300 nəfərə qədər şəxs Macarıstan XİN-i qarşısında toplaşaraq, macar və ingilis dillərində "Zakarpatyeyə özünütəyinetmə!" və "Macarıstan Zakarpatyeni geri tələb edir!" şüarları səsləndiriblər. Nümayişdə ultramillətçilərin bayraqları qaldırılıb və prosesə Macarıstanın sağ təmayüllü "Yobbik" partiyasından olan deputatı Tamaşa Qaudi-Nadya rəhbərlik edib.

Nümayişçilər Macarıstan XİN-ə "Zakarpatye uğrunda" petisiyası təqdim olunub və tələb edilib ki, ölkə rəhbərliyi Krımda keçirilmiş referendumun nəticələrini tanısın.

Eyni zamanda nümayişdə Macarıstan ordusunun Ukraynada yaşayan 150 minlik macar azlığının müdafiəsi üçün hazırlıq səviyyəsinə gətirilməsi tələb olunub.

Məhz bu hadisədən sonra Macarıstan XİN rəsmən bildirib ki, ölkə rəhbərliyi Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıdığı haqda bəyanat verib və "potyomkinsayağıı" referendumun nəticələrini, legitimliyini tanımır.

Xatırladaq ki, bundan öncə informasiya şəbəkələrində Polşanın xarici işlər nazirliyinə Rusiya Dumasından analoji təklifin veriuldiyi haqda xəbərlər yayılmışdı. Həmin təklifdə bildirilib ki, Polşa Ukraynanın Qərb vilayətləri olan Volınskı, Lvovu, İvano-Frankovsku, Ternopolu və Rovenski özünə biləşdirmək üçün referendum keçirsin.

Məhz bundan sonra Macarıstan millətçiləri Zakarpatyeni, Rumıniya sağçıları isə Çenovtsını ölkə ərazilərinə qatılması üçün tələblər irəli sürməyə başlayıblar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə