Türkiyə hökumət liderlərinin ölkədə keçirilən seçkilərdə səs verəcəkləri ünvanlar məlum olub. SİA-nın xəbərinə görə, ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbulda, Cumhuriyyət Xalq Partiyası (CHP) sədri Kamal Kılıçdaroğlu, Milliyyətçi Xalq Partiyası (MHP) sədri Dövlət Baxçalı və Saadət Partiyasının sədri Mustafa Kamalak Ankarada, Barış və Demokratiya Partiyası (BDP) sədri Selahattin Dəmirtaş isə Diyarbəkir vilayətində səs verəcək.
Türkiyə prezidenti Abdullah Gül və xanımı Hayrunisə Gül isə Ankarada səs verəcəklər. Prezident və xanımı ölkənin baş qərargah rəisi Necdət Özəllə birlikdə Çankaya köşkünün yaxınlığında yerləşən məktəbdə səs verəcəklər.
Türkiyə Böyük Millət Məclisinin sədri Cemil Çiçək isə Ankaranın Gölbaşı vilayətində səs verəcək.
Qeyd edək ki, Türkiyədə bir neçə saat bundan öncə bələdiyyə seçkilərinə start verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB