Braziliyanın Manaus şəhərində sərnişin avtobusu ilə yük maşını toqquşub, nəticədə 14 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yük maşınının sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil əks hərəkət zolağına çıxaraq qarşıdan gələn avtobusla toqquşub.
Nəticədə, sürücülər və hamilə qadın da daxil olmaqla, 14 nəfər ölüb, 16 nəfər xəsarət alıb.
"Hər şey qəfildən baş verdi. Yük maşını təxminən saatda 100 km sürətlə hərəkət edirdi" - deyə hadisə şahidi bildirib.
Qeyd edək ki, hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB