İntevsiv yağan qar Türkiyədə seçkiləri “vurdu”

İntevsiv yağan qar Türkiyədə seçkiləri “vurdu”

İntevsiv yağan qar Türkiyənin bölgələrində problemlər yaradıb. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, qar Ərzurumda və Amasyada daha çətin şərait yaradıb.

Məlumatda bildirilir ki, Amasyada yolların bağlanması səbəbindən bəzi kəndlərə seçki qutularının çatdırılması mümkün olmayıb.

Mərkəzlə əlaqəsi kəsilən 8 kənddə seçkilərin keçirilməsi üçün polis və aidiyyatı qurumlar fəaliyyətə keçiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə