Lavrov və Kerri sabah görüşəcəklər

Lavrov və Kerri sabah görüşəcəklər

RF XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri, bazar günü, martın 30-da Parisdə görüşəcəklər. SİA RİA Novosti agentliyinə istinadən bu barədə RF XİN-in informasiya və mətbuat departamenti bildirib.

"RF XİN rəhbəri Sergey Lavrovun ABŞ dövlət katibi Con Kerri ilə sabah Parisdə görüşü keçəcək", - mənbə deyib.

Sonuncu dəfə Kerri və Lavrov bu həftənin əvvəlində Haaqada görüşüblər.

Keçirilən danışıqların əsas mövzusu Ukraynadakı vəziyyət olub.

Bütün xəbərlər Facebook səhifəmizdə