Martın 29-da saat 20:30-da bəşəriyyətin tarixində ən kütləvi aksiya – "Yer saatı" keçiriləcək. Bütün dünyada milyardlarla insan planetimizin gələcəyinin qayğısına qalmaq əlaməti olaraq bir saat müddətinə işığı söndürəcək.
"Yer saatı" Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən hər il keçirilən ekoloji aksiyadır. Onun iştirakçıları - adi insanlar, eləcə də iri təşkilatlar işıqları və zəruri əhəmiyyət daşımayan digər elektrik cihazlarını bir saat müddətinə söndürürlər.
Kampaniyanın "Hamılıqla bir planet üçün" devizi aksiyanın başlıca mahiyyətini əks etdirir. Məqsəd Yer kürəsi əhalisinə planetimizin tükənən resurslarına qayğıkeş münasibət bəsləməyi, gündəlik adətləri dəyişdirməyi, ehtiyatlardan istifadəni azaltmağı aşılamaq və bu yolla ekoloji durumu yaxşılığa doğru dəyişdirməkdir. Aksiyanın təşkilatçıları vurğulayırlar ki, planetimizin gələcəyi barədə ildə bir dəfə bir saat deyil, hər an düşünmək lazımdır.
Xatırladaq ki, bu qlobal aksiyanın təşəbbüskarı 2007-ci ildə Dünya Vəhşi Təbiət Fondunun olub. İki il sonra – 2009-cu ildə həmin aksiyaya planetimizin bir milyarddan çox sakini qoşulub. Onlar zəruri əhəmiyyət daşımayan elektrikdən istifadə mənbələrini bir saat müddətinə söndürüblər.
Bu il BMT Katibliyinin binası üç saat ərzində işıqsız qalacaq. Bundan əlavə, BMT bütün əməkdaşlarına müraciət edərək, onları fəallardan örnək götürməyə və öz evlərində bütün elektrik cihazlarını ən azı "Yer saatı" aksiyasının keçirildiyi vaxtda söndürməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB