5,3 bal gücündə zəlzələ baş verib

5,3 bal gücündə zəlzələ baş verib

Bu gün Yaponiyanın Hönsü adasının şimal-şərqində 5,3 bal gücündə zəlzələ baş verib. SİA-nın məlumatına görə, Yaponiya Milli Meteorologiya İdarəsinin yaydığı məlumata əsasən, zəlzələnin episentri Sakit okeanın İbaraki prefekturasına yaxın sahillərində, 10 kilometr dərinlikdə, ocağı isə dənizin dibində yerləşib.

Dağıntılar və zərər çəkənlər barədə məlumat verilmir. Yeraltı təkanlar Yaponiyanın şərqində yerləşən atom elektrik stansiyalarına zərər vurmayıb.

Yeraltı təkanlar paytaxt Tokio da daxil olmaqla, Yaponiyanın doqquz prefekturasında hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə