Yanukoviç Ukrayna xalqına müraciət edib

Yanukoviç Ukrayna xalqına müraciət edib

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Ukrayna xalqına müraciət edib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, sabiq prezident müraciətində bildirib ki, növbədənkənar prezident seçkiləri əvəzinə referendum keçirin.

"Yalnız ümumrespublika referendumu ölkədəki siyasi durumu sabitləşdirə və bununla da ölkənin suverenliyini qoruyub saxlaya bilər", - deyə Yanukoviç qeyd edib.

Qeyd edək ki Ukraynada mayın 25-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə