Çin hökuməti Malayziyaya məxsus itmiş "Boeing 777-200" sərnişin təyyarəsinin axtarışlarına 21 süni peyk və ondan çox gəmi qoşub. Axtarış əməliyyatları zamanı Çinə məxsus təyyarələr onlarla uçuş ediblər.
Bu barədə bəyanatla martın 27-də Kuala-Lumpurda Çin Xalq Respublikası xarici işlər nazirinin müavini, Çinin itkin təyyarə ilə bağlı məsələnin həlli üzrə xüsusi nümayəndəsi Çjan Yesuy çıxış edib.
Ç.Yesuy demişdir: "Biz laynerin axtarışları ilə bağlı işləri genişləndirəcəyik. Çin rəhbərliyi itmiş təyyarənin sərnişinlərinin taleyi üçün narahatdır".
İtmiş təyyarədəki sərnişinlərin qohumları ilə görüşən Ç.Yesuy onları əmin edib ki, Çin laynerin tapılması üçün Malayziya da daxil olmaqla beynəlxalq qüvvələrlə birlikdə mümkün olan hər şeyi edəcək.
Xəbər verdiyimiz kimi, martın 8-də Kuala-Lumpurdan Pekinə uçan Malayziya Hava Yolları şirkətinə məxsus "Boeing 777-200" sərnişin təyyarəsi heç bir təhlükə siqnalı vermədən radarların ekranlarından yoxa çıxıb. Lakin sonradan süni peyklərdən alınmış məlumatların təhlili göstərib ki, təyyarə kəskin dönüş edərək Hind Okeanına istiqamət götürmüş və burada qəzaya uğrayaraq batıb. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub. Sərnişinlərin əksəriyyəti (153 nəfər) Çin vətəndaşları olublar. Təyyarə Malayziya paytaxtından qalxdıqdan iki saat sonra onunla əlaqə kəsilib.
Bu həftə çinli sərnişinlərin qohumları Pekində Malayziya səfirliyi qarşısında mitinqə çıxaraq axtarışlar zamanı əldə edilmiş əsaslı faktların təqdim edilmədiyinə görə etirazlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB