Ümumdünya Ticarət Təşkilatının bəyanatında deyilir: "Çin beynəlxalq ticarət qaydalarını pozmuşdur. Pekin nadir faydalı elementlərin və başqa metalların ixracı üzərində məhdudiyyətlər qoymuşdur və indi ABŞ, Aİ və Yaponiya tərəfindən ticarət sanksiyaları ilə qarşılaşa bilər".
"Financial Times" qəzeti yazır: "Məsələ burasındadır ki, müasir avadanlığın, o cümlədən smartfonlar, külək turbinləri və bir çox başqa avadanlığın əksəriyyətinin istehsalı üçün lazım olan mühüm strateji metalların qlobal istehsalının 90 faizindən çoxu Çindədir".
Pekin bu təbii qazıntılar üçün ixracat normalarını hələ 2010-cu ildə 40 faiz azaltmış və bunu ekoloji təhlükəsizlik nöqteyi-nəzərindən zərurətlə izah edib. O zaman ÇXR-in bu hərəkəti dərhal qiymətlərin artması ilə müşayiət olunmuşdu.
Ekspertlərin fikrincə, Çin hökumətinin qərarı yerli istehsalçılara ciddi üstünlük verirdi. ÜTT Komissiyası Cenevrədə bu məsələyə baxıb və belə qərarla razılaşıb.
2012-ci ilin martında bu metallardan istifadə məsələsində tamamilə Çindən asılı olan ABŞ ÜTT-də iddia qaldırıb. Sonra Aİ və Yaponiya ona qoşulublar. Xüsusən Çin tərəfindən 17 nadir faydalı elementin, o cümlədən molibdenin və volframın ixracı üzərində məhdudiyyətlər qoyulması məsələsi qaldırılıb.
İddia barədə ÜTT Komissiyasının aralıq hesabatı keçən ilin oktyabrında dərc olunub. Çinin ticarət hüququnu pozduğu aşkara çıxarılıb.
Bu hadisə ictimaiyyətin diqqətini cəlb edib. Belə ki, Pekinin gördüyü tədbirlər ticarət qaydalarına zidd olaraq ekoloji çirklənməyə qarşı mübarizədə suveren hüquq çərçivəsində həyata keçirilmişdi. Pekin bütün müəssisələrdə çirklənmə ilə bağlı sübutlar təqdim etmiş və hətta onlardan bəzilərini bağlayıb.
Çin həmçinin bildirmişdir ki, ixracat üzərində qoyulmuş məhdudiyyətlər bərpa olunmayan təbii ehtiyatlara qayğıdan irəli gəlir.
Yeri gəlmişkən qeyd edək ki, ekspertlərin fikrincə, Pekinin bu hərəkətinin daha bir mühüm gizli mənası da var. Öz inhisarçılığından istifadə edən Çin elə vəziyyət yaradır ki, metalların qiyməti yerli şirkətlər üçün xeyli ucuz olsun, bu isə öz növbəsində xarici şirkətləri Çin ərazisində öz törəmə müəssisələrini və beləliklə, yeni iş yerləri yaratmağa sövq edir.
ÜTT Çinin bütün maddələr üzrə qaydaları pozduğunu bildirib və deyib ki, beynəlxalq ticarət qaydalarına görə, ölkə nadir faydalı qazıntılar üzərində normalar qoya bilməz.
Hazırda Pekin iki ay müddətində bu qərardan şikayət edə bilər. Şikayətə xüsusi orqan – Ümumdünya Ticarət Təşkilatında apelyasiya məhkəməsi tərəfindən baxılacaq.
Apelyasiya orqanı iyulun sonunadək öz qərarını verməlidir. Lakin ekspertlər əmindirlər ki, apelyasiya orqanının qərarı ÜTT Komissiyasının qərarından xeyli fərqlənəcək.
ÜTT qaydaları tələb edir ki, Çin ağlabatan bir müddət ərzində ticarət təşkilatının tövsiyələrini yerinə yetirsin, əks halda ona qarşı sanksiyalar tətbiq olunacaq.
Pekin hər hansı addımlar atmaqdan imtina edərsə, məhkəmənin qərarından 15 ay keçdikdən sonra ABŞ, Aİ və Yaponiya Çinə qarşı ticarət sanksiyalarının tətbiqinə başlaya bilərlər. ÜTT-nin bu üç iştirakçısının bəyanatına görə, sanksiyalar Çinin hərəkətləri nəticəsində onlara dəyən iqtisadi ziyana proporsional olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB