Vladimir Putin: “Krım federal yardımın resipienti olmayacaq”

Vladimir Putin: “Krım federal yardımın resipienti olmayacaq”
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkənin baş naziri Dmitriy Medvedevlə görüşündə bildirib ki, Krım tezliklə özünü təmin edən regiona çevriləcək. SİA "İtar-Tass"-a istinadən xəbər verir ki, Putin bu prosesin tez bir zamanda baş verəcəyindən əmindir.

"Mən əminəm və bilirəm ki, Krım federal yardımın resipienti olmayacaq və tezliklə özünü təmin edən regiona çevriləcək" -deyə, Rusiya Prezidenti qeyd edib.

Xatırladaq ki, hazırda Krım Rusiya hərbçilərinin nəzarəti altına keçib və yarımadada qismən Rusiya qanunlarının icrasına başlanılmaqdadır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB