Yanukoviç növbəti mətbuat konfransına hazırlaşır

Yanukoviç növbəti mətbuat konfransına hazırlaşır
Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç sabah, 28 mart tarixində növbəti mətbuat konfransı keçirəcək. SİA ölkənin vesti.ua saytına istinadən xəbər verir ki, konfrans Rostov-Donda baş tutacaq.

Lakin hələlik mətbuat konfransının keçiriləcəyi saat müəyyənləşdirilməyib. Eyni zamanda, Yanukoviçin hansı mövzuda bəyanat səsləndirəcəyi də məlum deyil.

Xatrladaq ki, Yanukoviç Ukrayna ərazisini tərk etdikdən sonra iki dəfə mətbuat konfransı keçirib. İlk konfrans fevralın 28-də baş tutub və devrilmiş prezident həmin vaxt özünü legitim hesab etdiyini bəyan edib. Digər konfrans isə martın 11-də keçirilib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB