UTMŞ: “Rusiya Federasiyasının Dnestryanıdan Ukraynaya müdaxiləsi kifayət qədər təhlükəlidir”
Ukrayna Təhlikəsizlik və Müdafiə Şurasının (UTMŞ) sədr müavini Viktoriya Somar jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, Rusiya Federasiyasının Dnestryanıdan Ukraynaya müdaxiləsi kifayət qədər təhlükəlidir: "Bizdə olan məlumata görə, Rusiya tərəfi məhz bu regiona xüsusi diqqət göstərir. Məqsəd Odessada qarmaqarışıqlığın və anarxiyanın yaradılmasıdır. Bu region Rusiyaya ona görə vacibdir ki, orada Krımın cənubu üçün "təhlükəsizlik kəməri" təmin edilsin. Bu baxımdan, Rusiya Federasiyasının Dnestryanıdan Ukraynaya müdaxiləsi kifayət qədər təhlükəlidir".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB