Timoşenko: “Mən prezident seçkilərində iştirak etmək istəyirəm”

Timoşenko: “Mən prezident seçkilərində iştirak etmək istəyirəm”

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko bu gün Kiyevdə brifinq keçirib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, brifinq zamanı Timoşenko prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb: "Bəli, mən prezident seçkilərində iştirak etmək istəyirəm".

Sabiq baş nazir həmçinin vurğulayıb ki, o martın 29-da "Batkivşina" partiyasının qurultayında onun prezidentliyə namizədliyinin irəli sürülməsini xahiş edəcək.

Xatırladaq ki, Ukraynada prezident seçkiləri mayın 25-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə