İtkin düşmüş təyyarənin axtarışları dayandırılıb

İtkin düşmüş təyyarənin axtarışları dayandırılıb

Hind Okeanın cənubunda hava şəraitinin pisləşməsinə görə itkin düşmüş Malayziya təyyarəsinin axtarışları müvəqqəti olaraq dayandırılıb. SİA –nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Avstraliya rəsmiləri bildirib ki, axtarışa göndərilən 11 təyyarə və 5 gəmi axtarış sahəsini tərk edib.

Əlverişsiz hava şəraitinə görə artıq ikinci dəfədir ki, axtarışlar təxirə salınır.

Xatırladaq ki, axtarışların dayandırılmasından öncə Malayziya rəsmiləri itkin təyyarə ilə bağlı ərazidə yeni peyk görüntüləri ortaya çıxdığı ilə bağlı açıqlama vermişdilər.

Qeyd edək ki, Kuala Lumpurdan Pekinə uçuş edən, göyərtəsində 239 sərnişinin olduğu MH370 sərnişin təyyarəsi Mart ayının 8-də itkin düşüb. Axtarışlar bu günə qədər davam etsə də, heç bir nəticə əldə edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə