Çin prezidenti Fransada dövlət səfərindədir

Çin prezidenti Fransada dövlət səfərindədir

Martın 26-da Çin Xalq Respublikasının prezidenti Xi Jinping Fransaya dövlət səfərinə gəlib.

Fransanın Parisdən sonra ikinci böyük şəhəri hesab olunan Lion hava limanında ali qonağı ölkənin xarici işlər naziri Loran Fabius və digər dövlət rəsmləri qarşılayıblar.

Hava limanında səfəri ilə bağlı jurnalistlərə müsahibə verən Çin Xalq Respublikasının prezidenti bu səfərinin ölkələr arasında ikitərəfli əlaqələri daha da inkişaf etdirmək və mühüm müqavilələr bağlamaq məqsədi daşıdığını bildirib.

Çinin dövlət başçısı səfərinin ilk günü Çin ilə Fransa arasındakı əlaqələrin beşiyi hesab edilən Lion şəhərində fəaliyyət göstərən Fransa-Çin İnstitutu və yerli istehsal müəssisələri ilə yaxından tanış olub.

Çin prezidentinin fransalı həmkarı ilə Yelisey sarayında görüşü bu gün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə