"Avropa İttifaqı ölkələri çox ümid etmək istəyirdilər ki, Rusiyaya qarşı üçüncü sanksiyanın tədbiqi reallaşmasın". Bu barədə Avropa Komissiyasının sədri Joze Manuel Borrozu dünən axşam "Bloomberg" agentliyinə müsahibəsinə bildirib.
"Biz çox dəqiq mövqe tutmuşuq və Aİ Ukraynanı dəstəkləyir, eləcə də Rusiyanı xəbərdar edir ki, əgər belə davam etsə, Rusiya iqtisadiyyatı ağır bədəl ödəməli olacaq. Sanksiyalar Rusiyanın bütün sferalarını əhatə edəcək"-deyə vurğulayan Borrozu onu da qeyd edib ki, üçüncü və daha sərt sanksiyanın işə salınmasını istəməsə də Avropa buna hazırdır.
"Ukrayna həqiqətən də Avropaya assosiativ üzv olmağı istəyirdi. Bütün baş verənlər də məhz bu istəkdən başladı. Moskva tərəfindən təzyiqlər də ona görə baş verdi ki, Ukrayna Aİ ilə əlaqələr qurmasın, bu dəyərlərə yaxınlaşmasın. Ancaq biz, minlərlə insanın Aİ bayraqlarını necə ürəklə dalğalandırdıqlarını gördük. Bu baxımdan, biz Ukraynaya mənəvi dəstəyimizi göstərməliyik, eyni zamanda Rusiyaya qarşı lazım olan anda sərt sanksiyaları işə salmalıyıq"-deyə Borrozu müsahibəsində bəyan edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB