Kiyev-Minsk münasibətləri pozulur ETİRAZ

Kiyev-Minsk münasibətləri pozulur ETİRAZ

"Kiyev hesab edir ki, Minsk beynəlxalq hüquq normalarına cavab verəcək addımlar atmalıdır". SİA xəbər verir ki, bu haqda Belarusun "charter97.org" saytında qeyd olunub. Saytda bildirilib ki, Ukrayna xarici işlər nazirinin birinci müavini Natalya Qalibarenko Belarusun Ukraynadakı səfiri Valentin Veliçko ilə söhbətində sözügedən münasibətini açıqlayıb.

Məlumatda o da bildirilib ki, Natalya Qalibarenko Belarus səfirinə Krım məsələsində də Ukraynanın ərzai bütövlüyü istiqamətində doğru qərar qəbul edilməli olduqlarını xatırladıb.

Xatırladaq ki, Belarus prezidenti Lukaşenkonun 23 martda səsləndirdiyi bəyanatından sonra, Ukrayna XİN ölkənin Belarusdakı səfiri Mixail Yejeli məsləhətləşmələr aparmaqdan ötrü geri çağırmışdı. Eyni zamanda, qarşı tərəfə müvafiq nota da göndərilmişdi. Notada vurğulanmışdı ki, Belarus preidentinin Ukraynanın ərzai bütövlüyünü şübhə altına alan fikirlər səsləndirməsi beynəlxalq hüquq normalarını pozur. Belə ki, beynəlxalq aləm Rusiyanın Krıma annseksiyasını pisləyir və referendumun nəticələrini tanımır".

Qeyd edək ki, Belarus prezidenti Lukaşenko Rusiyanın Krım istiqamətində yürütdüyü siyasəti dəstəklədiyini bəyan edərək, yarımadanın məhz Rusiyaya məxsus olduğunu bildirmişdi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə