İndiana ştatından olan respublikaçı senator Den Kouts Ukraynaya yardım qanun paketinə, eləcə də Rusiyaya qarşı sanksiyalara bəzi dəyişiklər və düzəlişlər ediləcəyi vacibliyindən danışıb. SİA-nın məlumatına görə, bu haqda "Amerikanın Səsi" xəbər verib.
Xəbərdə qeyd olunur ki, senat ABŞ hökumətinə Rusiyanın silah satışı üzrə dövlət ixracat şirkətləri ilə bütün danışıqları dayandırmaq qadağası qoyacaq. Belə ki, düzəlişə görə, Amerika şirkətləri "Rosoboroneksport"-la silahların satışı, istehsalı istiqamətində fəaliyyətlərini dayandırmalı, öncədən imzalanmış müqavilələr isə dondurulmalıdır.
Xatırladaq ki, Rusiya tərəfi də silah satışı və istehsalı üzrə ABŞ-a və müttəfiqlərinə qarşı sanksiyalar tədbiq ediləcəyini bəyan edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB