Türkiyə HHQ-ləri Suriya təyyarəsini vurublar

Türkiyə HHQ-ləri Suriya təyyarəsini vurublar

Türkiyə Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan Suriya təyyarəsini vurublar. Bu barədə SİA TRT Haber telekanalına istinadən bazar günü məlumat verir.

Məlumata görə, təyyarənin pilotu xəbərdar olunub, lakin xəbərdarlığa baxmayaraq o, kursu dəyişməyib və Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulub.

Ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan baş verənləri şərh edərək deyib ki, Suriya üçün bu birinci xəbərdarlıqdır.

"Əgər bu hal təkrarlansa, onda Türkiyə sərt reaksiya verəcək", - Ərdoğan deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə