İtmiş təyyarə ilə bağlı daha bir obyekt aşkarlanıb

İtmiş təyyarə ilə bağlı daha bir obyekt aşkarlanıb

Çinə aid peykin köməyilə itmiş Malayziya sərnişin təyyarəsinə məxsus olduğu güman edilən iri bir obyekt aşkarlanıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, ötən gün tapılan bu obyektdən sonra bir araşdırma təyyarəsinin bölgədə başqa obyektlər də aşkarladığı bildirilib.

Qeyd edək ki, martın 8-də göyərtəsində 239 sərnişin olan Malayziya sərnişin təyyarəsi Kuala-Lumpurdan Çinə gedərkən itmişdi.

Təyyarəni axtarış fəaliyyətləri Hind okeanının cənubunda davam edir. Fəaliyyətlərdə ABŞ, Yeni Zelandiya və Avstraliya təyyarələri ilə yanaşı Çin və Yaponiyadan təyyarələri iştirak etmək üçün hazırlaşdığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə