Fransada bələdiyyə seçkiləri keçirilir

Fransada bələdiyyə seçkiləri keçirilir

Fransada 44.5 milyon seçici bələdiyyə sədrlərini seçmək üçün səs verir. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, seçkilərdə 928 min 901 namizəd yarışacaq. İkinci turda gələcək bazar günü keçiriləcək seçkilərdə 36 min 682 bələdiyyənin rəhbərləri müəyyənləşəcək.

Son xalq sorğularının nəticələrinə əsasən Fransa prezidenti François Hollandenin partiyası Sosialist partiyanın seçkilərdə önəmli səviyyədə səs itirəcək. Radikal sağçı Milli Cəbhə partiyasının isə ilk turda 30 faizə yaxın səs toplayacağı gözlənilir.

Fransada Türk seçicilərin sayının 210 minə yaxın olduğu bildirilib.

Seçkilərdə 130 Türk namizəd iştirak edir, onlardan 8-i bələdiyyə sədrliyi üçün yarışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə