Suriyanın Lazkiyə şəhərinə aid olan Kəsəb keçid məntəqəsinin müxalifətin əlinə keçdiyi bildirilib. SİA-nın məlumatına görə, fətih 2-ci hərbi hissənin komandiri Məhəmməd Əbu İskəndər, Ənsaurş Şam, Nusra cəbhəsi və fətih 2-ci hərbi hissədən ibarət dəstələrin şiddətli toqquşmalardan sonra Əsəd rejiminin əlindəki son keçid məntəqəsini ələ keçirdiyini açıqlayıb.
Kəsəb qəsəbəsində baş verən toqquşmalar zamanı müxaliflərdən 2, Əsəd qüvvələrindən isə 45 nəfərin öldüyü, 11-nin isə yaralandığı bildirilib.
İskəndər müxaliflər keçid məntəqəsini ələ keçirdikdən sonra Əsəd qüvvələrinin Türkmən dağı bölgəsini bombaladığını, hücum zamanı yaralananların bir hissəsinin Türkiyənin Hatay şəhərində müalicə edildiyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB