Yol terroru: 35 ölü, 30 yaralı

Yol terroru: 35 ölü, 30 yaralı

Pakistanda yol terroru 35 nəfərin həyatına son qoyub. SİA-nın xarici mediaya istinadən verdiyi xəbərə görə, hadisə ölkənin Bəlucistan vilayətində baş verib.

Yol-nəqliyyat hadisəsi yüksək sürətlə hərəkət edən benzindaşıyan maşınının sürücüsünün idarəetməni itirərək yolun qarşı hissəsi ilə hərəkət edən sərnişin avtobusu ilə toqquşması nəticəsində baş verib.

Hadisə şahidlərin sözlərinə görə, toqquşmadan sonra güclü yanğın baş verib. Nəticədə 30-a yaxın insan xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə