Avropa Birliyinin 6 tərəfdaş ölkəsi Ukrayna məmurlarına qarşı sanksiyalara qoşulub
Avropa Birliyinin tərəfdaş ölkələri Viktor Yanukoviç və daha 17-i Ukrayna məmuruna qarşı tətbiq edilən sanksiyalara qoşulublar.
Bu haqda Avropa diplomatiyasının başçısı Ketrin Eştonun adından yayılan rəsmi məlumatda bildirilir.
"Avropa Birliyinə namizəd ölkələr Monteneqro və İslandiya, potensial namizəd Albaniya, Avropa azad ticarət assosiasiyasının üzvləri Lixtenşteyn və Norveç, habelə Moldova qərara qoşulurlar" - deyə sənəddə qeyd olunur.
Xatırladaq ki, martın 6-da Avropa Birliyi dövlət vəsaitlərinin mənimsənilməsində şübhəli bilinən Ukrayna məmurlarının adlarını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB