Rəsmi Kiyev 2014-cü ildə Müstəqil Dövlətlər Birliyində (MDB) öz sədrliyini dayandırmağı qərara alıb.
Kiyevdə keçirilmiş brifinqdə Ukrayna XİN-in İnformasiya siyasəti departamentinin direktoru Yevgeni Perebiynis deyib: "Ukrayna tərəfi 2014-cü ildə MDB-də sədrliyini davam etdirməməyi qərara almışdır".
1991-ci ildə imzalanmış Belovej sazişinə görə, Ukrayna MDB-nin yaradıcılarından biri olsa da, o, təşkilatın Nİzamnaməsini təsdiq etməyib və buna görə də de-yure Birliyin iştirakçısı deyildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB