Avropa Parlamenti enerji qurğularının vahid standartı haqda qanun qəbul edib
Avropa Parlamenti Avropa Birliyi ərazisində satılan smartfonların istehsalçılarını vahid enerji qurğusundan istifadə etməyə sövq edən qanunu dəstəkləyib. Enerji qurğularının vahid standartı haqda qanun layihəsi nəzərdən keçirilmək üçün gündəliyə ötən ilin sonunda daxil edilib. Hazırda sənəd Avropa Birliyinə üzv ölkələrin baş nazirlərinin daxil olduğu qurum tərəfindən təsdiq olunmalıdır. Qərar müsbət həll olunacağı halda sənəd 2017-ci ildən etibarən qüvvəyə minəcək.
Hazırda avropalı istehlakçılar 500 milyona yaxın mobil telefondan istifadə edirlər. Ekspertlər təqribən 30 müxtəlif enerji qurğusundan istifadə olunduğunu deyirlər. Çox vaxt eyni istehsalçı müxtəlif telefon modelləri üçün müxtəlif enerji qurğusundan istifadə edir.
Yeni qanunun tətbiqi telefonunu dəyişdirən istifadəçini yeni qurğu almaq üçün əlavə xərclərdən azad edəcək. Qanunun tərəfdarları bildirirlər ki, sənəd qüvvəyə minəndən sonra hər il tullanılan elektron məhsulların həcmi 51 min ton azalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB