BMT-nin nüvə testlərini müşahidə edən CTBTO təşkilatı Malayziya təyyarəsinin itgin düşdüyü gündən bu günədək dənizdə və quruda hər hansı hava nəqliyyatı qəzasına rast gəlinmədiyini və güclü partlayışın baş vermədiyini deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BMT Baş Katibliyinin sözçüsü Stephane Dujarric bildirib.
Onun sözlərinə görə, bu məlumat təyyarənin qəzaya uğramadığını inkar etmir: "Hələ də təyyarəni tapa bilmədiyimiz və orada olan şəxslərdən məlumatsız olduğumuz üçün onun qəzaya uğraması variantı daha aktualdır".
Xatırladaq ki, 8 mart tarixində Malayziya hava yollarına aid "Boeing 777" təyyarəsi Pekin istiqamətində uçarkən radardan itib. Hazırda 25 ölkənin axtardığı təyyarədə 227 sərnişin, 12 ekipaj üzvü olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB