Bu gün Əfqanıstanın şimalında bir marketin girişində partlayış törədilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə ilə bağlı açıqlama verən rəsmilər bildiriblər ki, partlayış bir nəfər silahlının özünü partlatması nəticəsində baş verib.
Hadisə ilə bağlı danışan Faryab əyalətinin qubernatoru Mohammadullah Bataş vurğulayıb ki, partlayışda qadın və uşaqlar daxil olmaqla ən azı 13 nəfər həlak olub, 27 nəfər yaralanıb. Bataş partlayışda ölən və yaralananların mülki şəxslər olduğunu qeyd edib.
Partlayışla bağlı məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməsə də, ərazidə Taliban üsyançıları və Əl-Qaidəyə bağlı Özbəkistan İslam Hərəkatı aktivdir.
Qeyd edək ki, aprelin 5-də Əfqanıstanda prezident seçkiləri keçiriləcək. Partlayışın da məhz bu seçkilərlə əlaqəli olduğu iddia olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB